Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1919
29.01.2025, 20:19
Hər il Hindistanın Prayaqraj şəhərində keçirilən “Kumbxa Mela” festivalında qeyri-adi qabiliyyətə malik insanlar və milyonlarla tamaşaçı iştirak edir.
Bu ilki festivalda qeyri-adi həyat tərzi, əcaib görünüşləri ilə fərqlənən yoqların arasında iki nəfər turistlərin diqqətini xüsusilə cəlb edib. Onlardan biri iti tikanlı akasiya budaqlarından düzəltdiyi “çarpayısında” uzanaraq öz dözümünü nümayiş etdirən Kante Vale Baba adlı yoq, digəri isə başında səməni cücərdən Anaj “Taxıl Baba”dır.
Akasiya tikanlarından yataq

Heyrətamiz güc və dözümlülük nümayiş etdirən bu yoq, akasiya tikanlarından düzəltdiyi yataqda uzanaraq meditasiya edir.
Baxanlar onun inanılmaz “sadhana”sına (mənəvi gücünə) heyran qalırlar. Akasiya tikanları normal insanı çox ağrıtsa da, Kante Vale Baba heç bir ağrı hiss etmədiyini iddia edir.
O, bədəninə kül sürtərək əlində balaca nağarasının müşaiyəti ilə özünün dodağaltı dualarını oxuyur. Bununla da o, sanki başqa aləmə, hissiz, duyğusuz bir dünyaya səyahət edir. Tikanların ağrısını və kəskin gecə soyuğunu hiss etməməsi Kante Vale Babanı möcüzəvi güc sahibi kimi göstərir.
Hindistanlı zəvvarlar bu yoqun ruhunun gücünə və dözümlülüyünə hörmət əlaməti olaraq, onun ayaqlarına toxunur və qarşısına pul atırlar.
Həmçinin oxuyun
Başında taxıl əkən yoq
Festivalın ən maraqlı personajlarından biri də “başında yulaf tarlası yetişdirən Baba”dır. Bu yoqun adı Anaj Vale Babadır. O, hesab edir ki, taxıl dünyadakı bütün qidaların mənbəyini təmsil edir. Yoq başında taxıl cücərtməklə təbiətə minnətdarlıq və bərəkətin qədrini bilməyi təbliğ edir. Anaj maddi nemətlərdən uzaq, sadə həyat tərzi sürür və başqalarına da bu yolla getməyi tövsiyə edir.
Zəvvarlar, yerli sakinlər və turistlər onunla görüşmək üçün növbəyə dururlar. Səməni Baba hər kəslə çox rahat ünsiyyət qurur və öz dünyagörüşünü bölüşür. Onun fikrincə, müasir insanlar təbiətdən uzaqlaşdıqlarına görə maddiyyatçı, tamahkar olublar. Halbuki təbiətdə bütün insanlara bəs edəcək qədər qida, su və günəş işığı var. Biz təvazökar və sadə yaşamalı, təbiəti sevməli, qorumalı, təbii nemətləri başqaları ilə bölüşməliyik.
Səməni Baba Sonbhadra şəhərindəndir. O, son beş ildə başında müxtəlif növ taxıl bitkiləri yetişdirir.
“Hazırda cücərtdiyim səməni 24 gündür başımda boy atır. Ona yaxşı qulluq edirəm ki, aylarla yaşıl qalsın və solmasın” – deyə yoq açıqlamasında qeyd edib.
“Taxıl Baba” demək olar ki, uzanıb yatmağa həsrətdir. O, sadəcə, oturaq vəziyyətdə yatır. Özünün dediyi kimi, “başındakı yaşıllığa tarla olduğuna görə” beş ildə bir an belə uzanmayıb.

00:25 / 16 Dekabr 2025
13
00:14 / 16 Dekabr 2025
22
00:03 / 16 Dekabr 2025
20
23:55 / 15 Dekabr 2025
21
23:51 / 15 Dekabr 2025
263
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
37
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
45
22:09 / 15 Dekabr 2025
285
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1643
20:54 / 15 Dekabr 2025
103
20:38 / 15 Dekabr 2025
1366
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.